...

Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq Kubok yarışı keçirilib (FOTO)

İdman Materials 3 İyun 2014 20:39 (UTC +04:00)
Xaçmaz rayonunun Yalama qəsəbəsində mayın 30-u – iyunun 1-i tarixlərində səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı keçirilmişdir.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq Kubok yarışı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Xaçmaz rayonunun Yalama qəsəbəsində mayın 30-u - iyunun 1-i tarixlərində səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı keçirilmişdir.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasından Trend-ə verilən məlumata görə, artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkəni təmsil edən idmançılar qatılmışdır. Yarışda "elit", "open" və "junior" kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparmışdır. İdmançıların yarışdıqları ərazidə videonəzarət məntəqəsinin quraşdırılması ilk dəfə yarışı internet vasitəsilə canlı olaraq izləməyə imkan vermişdir.

Yarışın ilk günündə uzun məsafə üzrə kişilər arasında Aleksandr Trempoltsev (Rusiya) 7.5 km məsafədə 14 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini geridə qoymuş və finiş xəttinə birinci çatmışdır. Finlandiyalı idmançı Timo Elo ikinci yeri tutmuşdur. Rəqibindən bir neçə dəqiqə geridə qalan türkiyəli Yaşar İsmət Dəmiröz bürünc medal qazanmışdır. Qadınlar arasında 5.7 km məsafədə 13 nəzarət məntəqəsindən qeydiyyatdan keçməklə təşkil olunmuş yarışda Neftçi İK-nın idmançısı Nataliya Əliyeva qızıl medal qazanmışdır. Minayeva Yelena (Alp Klub 2) ikinci, Büşra Muslu (Türkiyə) isə üçüncü olmuşdur.

Yarışın ikinci günündə kişilər arasında qısa məsafə üzrə türkiyəli idmançı Yaşar İsmət Dəmiröz fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Gümüş medalı İsveçli Henrik Flordal qazanmışdır.

Üçüncü yeri Xüsusi Dövlət Mühafizə Xidmətinin idmançısı İlham Quliyev tutmuşdur. Qadınlar arasında yarışda isə Türkiyəli Büşra Muslu qızıl medal qazanmışdır. Nataliya Əliyeva ikinci, Minayeva Yelena isə üçüncü olmuşdur.

İki günün umumi nəticələrinə əsasən Türkiyə komandası birinci yeri tutmuşdur. İkinci və üçüncü yeri müvafiq olaraq Dağçılıq İdman Klubu və Xüsusi Dövlət Mühafizə Xidməti tutmuşdur.

Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti