...

DÇ-2014: Argentina və Nigeriya 1/8 finalda

İdman Materials 25 İyun 2014 22:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Trend-in məlumatına görə, bu gün daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə F qrupunda iki oyun keçiriləcək Bosniya və Hersoqovina İran millisi ilə üz-üzə gəlib. Qrupun digər oyununda isə Argentina və Nigeriya komandaları qarşılaşıb.

Bosniya və Herseqovina - İran oyunu 3:1hesabı ilə bitib. Qollar: Dzeko, 23 (1:0), Pyaniç, 59 (2:0), Rza Qhooçannecad, 82 (2:1), Vrenyes, 84 (3:1).

Digər oyunda Argentina Nigeriyanı 3:2 hesabı ilə məğlub edib. Qollar: Messi, 3 (0:1), Musa, 4 (1:1), Messi, 45+2, Musa, 48 (2:2), Roxo, 50 (2:3).

Xəbər lenti

Xəbər lenti