...

Dunqa Braziliya yığmasının baş məşqçisi postuna namizədlər arasında favorit sayılır

İdman Materials 19 İyul 2014 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Ulucay Akif/

Dunqa ləqəbli Karlos Verri Braziliya yığmasının baş məşqçisi postuna namizədlər arasında favorit kimi göstərilir.

Trend-in "Reuters"-ə istinadən verdiyi xəbərə görə, Braziliya yığmasının keçmiş kapitanı və baş məşqçisi yenidən komandaya rəhbərlik edə bilər.

50 yaşlı mütəxəssis bu vəzifəyə namizədlər arasında favoritdir.
Komandaya 2006-2010-cu illərdə rəhbərlik edən Dunqa Amerika Kuboku və Konfederasiyalar Kubokunu qazanıb.

Yeni baş məşqçinin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Braziliya yımasının sabiq məşqçisi Luis Felipe Skolari mundialdan sonra komandadan ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti