...

"Neftçi" və "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri məlum oldu

İdman Materials 8 Avqust 2014 16:11 (UTC +04:00)
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
"Neftçi" və "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, turnirdə mübarizə aparan "Neftçi" və "Qarabağ" komandalarının pley-off mərhələsindəki rəqibləri müəyyən olub.

Püşkatmanın nəticələrinə görə, Qarabağ "Tvente" (Hollandiya), "Neftçi" isə "Partizan"la (Serbiya) üz-üzə gələcək.

Qeyd edək ki, bu komandaların hər iksi artıq tanış rəqiblərdir. Maraqlıdır ki, "Qarabağ" 5 il əvvəl Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı.A]dam əmsilçiləri ilk oyunda 1:3 hesabı ilə məğlub olmuçşdular. Bakıda keçirilən matç isə qolsuz heç-heçə ilə bitmişdi.

"Neftçi" də artıq indiyədək "Partizan"la üz-üzə gəlib. Komandalar 2012-ci ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində görüşüblər. İlk oyun 0:0, ikinci qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti