...

Böyükağa Hacıyev istefa verdi: "Yorulmuşam, istirahətə ehtiyacım var"

İdman Materials 3 Sentyabr 2014 20:46 (UTC +04:00)
Bu gün “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib.
Böyükağa Hacıyev istefa verdi: "Yorulmuşam, istirahətə ehtiyacım var"

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bu gün "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib.

Trend klubun saytına istinadən məlumat verir ki, öz növbəsində, "Neftçi" PFK-nın prezidenti onun istefasını qəbul edib.

Təcrübəli mütəxəssis istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə də istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını "Neftçi"də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti