...

Mişel Platini futbolda yeniliklər etməyi təklif edir

İdman Materials 17 Oktyabr 2014 11:31 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini futbolda ağ kartın, eləcə də matçın gedişində iki əlavə əvəzetmənin tətbiqi ideyasını irəli sürüb.
Mişel Platini futbolda yeniliklər etməyi təklif edir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini futbolda ağ kartın, eləcə də matçın gedişində iki əlavə əvəzetmənin tətbiqi ideyasını irəli sürüb. Trend xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb.

Belə təkliflərlə Platini oktyabrın 16-da işıq üzü görən "Gəlin futboldan danışaq" adlı kitabında çıxış edib.

Onun fikrincə, sarı və qırmızı kartlarla yanaşı, oyunçunu meydandan müəyyən müddətə, məsələn, 10 dəqiqəliyə çıxarılmasını nəzərdə tutan ağ kart da tətbiq etmək olar. Habelə UEFA rəhbəri matçın gedişində iki əlavə əvəzetməyə icazə verilməsinin tərəfdarı kimi çıxış edib.

Bütün bunlarla yanaşı, "Qızıl top"un üçqat sahibi hakimlər üçün yaş həddinin ləğv edilməsini və arbitrlərin yalnız ustalıq və fiziki hazırlıq səviyyəsi əsasında təyin edilməsini təklif edir.

Avqustun 28-də Platini 2015-ci ilin mayında Sürixdə keçiriləcək FİFA prezidenti seçkilərində namizədliyini irəli sürməyəcəyini elan edib. UEFA prezidenti bu addımını futbola daha yaxın olmaq qərarı ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti