...

Boksçu qız nokautdan sonra ölüb

İdman Materials 29 Oktyabr 2014 14:09 (UTC +04:00)
Cənubi afrikalı Findile Mvelaze nokauta düşüb iki həftə komada qaldıqdan sonra ölüb.
Boksçu qız nokautdan sonra ölüb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Cənubi afrikalı Findile Mvelaze nokauta düşüb iki həftə komada qaldıqdan sonra ölüb. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Guardian" qəzetinə istinadən məlumat yayıb.

Oktyabrın 10-da Pretoridə çıxış edən Mvelaze döyüş zamanı nokauta düşüb. İdmançı təcili xəstəxanaya yerləşdirilib, amma komaya düşən Mvelaze oyanmayıb.

O, son həftə ərzində vəfat edən üçüncü cənubi afrikalı qadındır.

4 gün əvvəl yüngül atlet Mbulaeni yol qəzasında həlak olub, cümə günü isə soyğunçular ölkənin futbol üzrə yığmasının qapıçısı Sinzo Meyivanı öldürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti