...

Milli üzvləri "Dnepr"lə oyunda "Qarabağ"ın yanında olacaqlar

İdman Materials 5 Noyabr 2014 11:39 (UTC +04:00)
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir.
Milli üzvləri "Dnepr"lə oyunda "Qarabağ"ın yanında olacaqlar

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena"da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir.

Trend AFFA-ya istinadən xəbər verir ki, toplanış çərçivəsində milli komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ"a dəstək olacaq.

Milli komandanın üzvləri noyabrın 6-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" (Ukrayna) qarşılaşmasını stadiondan canlı izləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti