Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Robert Prosineçki 3 oyunu izləyəcək.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan R.Prosineçki Premyer Liqanın XIV turunda noyabrın 29-da keçiriləcək "Bakı" - "İnter", "Neftçi" - "Qəbələ" oyunlarını və noyabrın 30-da keçiriləcək "Simurq" - "Qarabağ" qarşılaşmasını izləyəcək.
Bundan əvvəl R.Prosineçki UEFA Avropa Liqasında keçirilmiş "Sent-Etyen" - "Qarabağ" qarşılaşmasını izləmişdi: "Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissədə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Premyer Liqanın XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam".