Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunları keçirilir.
Trend-in məlumatına görə, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" Bakıda İtaliyanın "İnter" klubunu qəbul edib.
Oyunun 18-ci dəqiqəsində Namiq Ələsgərov sarı vərəqə alıb. 43-cü dəqiqədə "Qarabağ"ın hücumçusu Vüqar Nadirov zədələnərək oyunu yarımçıq qoyub. Onu Namiq Yusifov əvəz edib.
Birinci hissədə Ağdam təmsilçisinin cəhdləri nəticəsiz qalıb - 0:0.
Qurban Qurbanov 60-cı dəqiqədə daha bir əvəzləməyə əl atıb. 60-cı dəqiqədə N.Ələsgərov yerini İlqar Qurbanova verib.
"Qarabağ"ın oyunun son saniyələrində Milan təmsilçisinin qapısına vurduğu qol isə hakimlər tərəfindən qeydə alınmayıb - 0:0.
"Qarabağ"ın yer aldığı F qrupunun digər oyunu - "Dnipro" - "Sent Etyen" matçında isə Ukrayna təmsilçisi minimal hesala qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.