...

FİFA yeni reytinq cədvəlində Azərbaycanı hansı pilləyə qoydu?

İdman Materials 12 Fevral 2015 13:25 (UTC +04:00)
Ötən ay heç bir oyun keçirməyən və aktivində 215 xalı olan komandamız 136-cı yerdən 131-ci pilləyə yüksəlib.
FİFA yeni reytinq cədvəlində Azərbaycanı hansı pilləyə qoydu?

Azərbaycan, Bakı, 12 fevral /Trend/

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Trend-in qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə beş pillə irəliləyib.

Ötən ay heç bir oyun keçirməyən və aktivində 215 xalı olan komandamız 136-cı yerdən 131-ci pilləyə yüksəlib.

"Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. İtaliya millisi ötən ayla müqayisədə bir pillə geriləyərək 12-ci olub.

Digər rəqiblərimizdən Xorvatiya yığması 19-cu pillədəki mövqeyini qoruyub. Norveç (-2) 69-cu, Bolqarıstan (-4) 70-ci və Malta isə (-2) 149-cu pillədə qərarlaşıb.

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti