...

"The Guardian": Bakıda keçirilən Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq

İdman Materials 24 Fevral 2015 13:34 (UTC +04:00)
"Bakıda keçiriləcək Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq".
"The Guardian": Bakıda keçirilən Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir, Yelena Kosolapova/

"Bakıda keçiriləcək Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq". Trend xəbər verir ki, bunu Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Britaniyanın The Guardian nəşrində dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, cüdo üzrə Avropa çempionatı Avropa Oyunlarının bir hissəsi olacaq: "Bu addım Azərbaycanda keçirilən ikihəftəlik yarışların dünyamiqyaslı hadisə olduğunu bir daha sübut edir".

S.Kleq qeyd edib: "Əgər hələ də şübhələnənlər varsa, düşünürəm ki, onlar tədbirin miqyasını və Bakıda baş tutacaq yarışı gördükdən sonra fikilərini dəyişəcəklər".

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki isə bildirib ki, təşkilat artıq bir sıra rəhbər orqanlarla qitə çempionatlarının 2019-cu ildə ikinci Avropa Oyunlarına əlavə edilməsinin əhəmiyyətinə inandırmaq üçün işləyir.

Hikkinin sözlərinə görə, AOK həmişə istəyib ki, Avropa çempionatları Avropa Oyunlarının hissəsi olsun və bu razılaşma onu ifadə edir ki, bizim arzumuz gözlədiyimizdən daha tez həyata keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti