Azərbaycan, Bakı, 3 mart /Trend/
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən oyunlarla bağlı bir sıra qərarlar qəbul edilib.
Fevralın 28-də Premyer Liqanın XXIV turunun "İnter" - "Simurq" matçının 88-ci dəqiqəsində "Simurq" klubunun 88 №-li futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Qarabağ" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Xəzər Lənkəran" - "Bakı" matçının 90+1-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 10 №-li futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Pelagias Giorgios ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.