...

Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "ShamkirChess 2015" turniri keçiriləcək

İdman Materials 4 Mart 2015 14:37 (UTC +04:00)
"Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə 2015-ci ilin aprelində Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "ShamkirChess 2015" turniri keçiriləcək.
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "ShamkirChess 2015" turniri keçiriləcək

Azərbaycan, Bakı, 4 mart /Trend/

"Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə 2015-ci ilin aprelində Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "ShamkirChess 2015" turniri keçiriləcək.

Trend-in məlumatına görə, bu mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı artıq dəqiqləşib.
Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq 3 dünya çempionu mübarizə aparacaq. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionlarıVişvanatan Anand (Hindistan,2791), Vladimir Kramnik (Rusiya, 2783),FİDE reytinq siyahısında 2-ci olan Fabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716) o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738) və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcək.

Turnirin mükafat fondu 100.000 avro təşkil edir.

Azərbaycan qeyri-neft sektorunun ən iri yerli investiya qruplarından biri sayılan "Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, ölkədə şahmatın inkişafına dəstək olmaqdır.

"Synergy Group"un İdarə Heyəti Sədrinin 1-ci müavini və turnirin Təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov bildirmişdir ki, "ShamkirChess2015" Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına tövhə verdiyi ən mötəbər beynəlxalq tədbirlərdəndir: "Biz sevirinik ki, 16-26 aprel tarixində şahmat üzrə dünya çempionları, Vüqar Həşimovu sevənlər, onunla birgə çalışanlar və eyni zamanda şahmat həvəskarları bizimlə birgə Şəmkirdə olacaqlar. Şahmatı sevənlər Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik kimi qrossmeysterlərin oyununu canlı izləmək imkanı əldə edəcək. Bu sadəcə şahmat turniri deyil, çünki, dünyanın aparıcı şahmat ulduzlarının iştirak etdiyi yarış 10 gün ərzində Azərbaycanı dünyanın şahmat mərkəzinə çevirəcək. "Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə veririk".

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. 10 gün davam edəcək turnirin açılış mərasimi 16 apreldə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti