...

Millimiz bu gün sonuncu matçına çıxır - rəqib Ukraynadır

İdman Materials 21 Mart 2015 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 mart /Trend/

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına yekun vurulacaq.

Trend-in məlumatına görə, saat 19:00-da Danimarka və Belçika, saat 21:30-da isə Ukrayna və Azərbaycan milli komandaları qarşılaşacaq.

Hər iki oyun Bakıda Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Qeyd edək ki, iki turdan sonra Azərbaycan və Ukrayna milli komandaları 6 xol toplayıblar. Top fərqinə görə millimiz turnir cədvəlində birinci yerdə qərarlaşıb. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün komandamıza heç-heçə də kifayət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti