Azərbaycan, Bakı, 22 aprel /Trend/
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, baş tutan 2 qarşılaşmadan sonra ilk iki yarımfinalçı müəyyənləşib.
Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edib. "Barselona" Neymarın vurduğu iki qolla (14,24) yarımfinala yüksəlib.
Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini yetərincə çıxıb. Bu oyunda almanlar "Portu"ya futbol dərsi keçib və hokkey hesabı qeydə alınıb (6:1).
Qeyd edək ki, digər iki yarımfinalçı bu gün keçiriləcək iki oyundan sonra müəyyənləşəcək.