...

Estoniya turunda uğurlu start

İdman Materials 29 May 2015 19:34 (UTC +04:00)
Estoniya turu yığma komandamızın üzvləri Elçin Əsədov və Maksim Averin üçün Avropa Oyunları öncəsi son yarışdır.
Estoniya turunda uğurlu start

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" bu gün startı verilən Estoniya turuna uğurla başlayıb. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında komandamızın 8 üzvü mübarizə aparır.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, birinci mərhələdə iştirakçılar paytaxt Tallindən Tartuya qədər olan 197 km məsafəni qət ediblər. Komanda üzvlərimizdən ən yüksək nəticəyə Yannis Tamuridis imza atıb - gələn ay keçiriləcək ilk Avropa Oyunlarında Yunanıstan milli komandasının heyətində də çıxış edəcək velosipedçi marşrutu 4 saat, 30 dəqiqə, 32 saniyəyə qət edib və finiş xəttini ikinci keçib. Avropa Oyunlarında Azərbaycan yığmasının şərəfini qoruyacaq Maksim Averin isə 2 dağ sprintinin birində qalib olub və hazırda bu sıralanmada 2-ci yerdədir.

Sabah keçiriləcək sonuncu, 2-ci mərhələdə iştirakçılar Tartu şəhərinin küçələrində 150 km məsafə qət etməlidirlər. Qeyd edək ki, Estoniya turu yığma komandamızın üzvləri Elçin Əsədov və Maksim Averin üçün Avropa Oyunları öncəsi son yarışdır. Daha sonra Azərbaycana gələcək velosipedçilər məsul yarışa hazırlıqları ölkəmizdə davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti