...

Mini-futbol çempionatına yekun vurulub (FOTO)

İdman Materials 6 İyun 2015 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Mini-futbol çempionatına yekun vurulub.

İqtisadiyyat və Sənaye Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı başa çatıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 28-də start verilmiş turnirdə İqtisadiyyat və Sənaye Nazirliyi qurumlarının 13 komandası iştirak edib.

İyunun 6-da keçirilən final görüşündə İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatı və "Azərlotereya" ASC-nin komandaları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Azərlotereya" ASC-nin komandası qalib gəlib.

Çempionatda ilk dörd yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və hədiyyələr, çempionatın qalibinə - "Azərlotereya" ASC-nin komandasına keçici kubok təqdim edilib.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyinin qurumları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və Milli Qurtuluş Gününə həsr olunan mini-futbol turniri 2009-cu ildən etibarən hər il təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti