...

"Spartak" klubunun yeni baş məşqçisi rəsmiləşdi

İdman Materials 10 İyun 2015 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Rusiyanın "Spartak" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Trend-in Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun direktorlar şurasının bugünkü qərarı ilə baş məşqçi vəzifəsinə Dmitri Aleniçev təyin edilib. O, istefaya göndərilən Murat Yakını əvəzləyib.

Qeyd edək ki, D.Aleniçev futbolçu olduğu dönəmdə "Spartak"da (1994-1998, 2004-2006) oynayıb. Onun son iş yeri Tula "Arsenal"ı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti