...

Azərbaycanda hokkey idmanı yaradılacaqmı?

İdman Materials 11 İyun 2015 17:29 (UTC +04:00)
İlk Avropa Oyunlarının təşkili üçün müxtəlif ölkələrdən təcrübəli mütəxəssislər dəvət olunub.
Azərbaycanda hokkey idmanı yaradılacaqmı?

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlkin İzzət/

İlk Avropa Oyunlarının təşkili üçün müxtəlif ölkələrdən təcrübəli mütəxəssislər dəvət olunub. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib: "Mən Dünya Hokkey Federasiyasının prezidentinə söz vermişdim ki, Azərbaycanda hokkey idmanının bütün növləri olacaq. Amma bunun üçün maddi-texniki baza, məşq etmək üçün yerlər olmalıdır. Əgər biz bir komanda yaratsaq, onda bu kimə lazımdır? O komanda kimlə yarışacaq? Əgər buna ciddi yanaşırıqsa, gərək bunu bütün regionlarda yaradaq. Bu da böyük vəsait tələb edir. Bu, həm də ətraf mühitlə, şəraitlə bağlıdır. Azərbaycan isə həm də isti hava şəraiti olan ölkədir".

A.Rəhimov bildirib ki, Azərbaycan özünü idman ölkəsi kimi dünyaya tanıdır: "Təbii ki, qış idman növləri də olmalıdır. Şahdağda, Qəbələdə bəzi qış idman növləri artıq yaradılır. Gələcəkdə də qış idman növlərinin yaradılması üzrə işlər davam etdiriləcək".

Nazir vurğulayıb ki, ilk Avropa Oyunlarının təşkili üçün müxtəlif ölkələrdən təcrübəli mütəxəssislər dəvət olunub: "Onlar keçmişdə müxtəlif oyunların hazırlanmasında iştirak ediblər. Məsələn, Asiya Oyunlarının, son Pekin, Soçi, Vankuverdə keçirilmiş Olimpiya Oyunlarının təşkilatçılarının təcrübəsindən yararlanmışıq. Həmin ölkələrə səfərlər edib oradakı problemlərlə maraqlanmışıq. Ona görə də hazırlıq uğurla həyata keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti