Azərbaycan, Bakı, 23 iyul /Trend/
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, "Qarabağ" səfərdə Monteneqronun "Rudar" klubu ilə qarşılaşıb.
İlk oyunda rəqib qapısına yol tapa bilməyən (0:0) Ağdam təmsilçisi bu dəfə istəyinə nail olub - 57-ci dəqiqədə Reynaldo fərqlənib.
"Qarabağ"ın çoxsaylı hücumlarına baxmayaraq, oyunda başqa qol qeydə alınmayıb və bu nəticə təmsilçimizi növbəti mərhələyə yüksəldib.
Qeyd edək ki, iyulun 28-29-da keçiriləcək III təsnifat mərhələsində "Qarabağ"ın Şotlandiyanın məşhur "Seltik" klubu ilə qarşılaşacağı gözlənilir. Belə ki, ilk oyunda öz meydanında İslandiyanın "Styarnan" klubunu 2:0 hesabı ilə məğlub edən "Seltik" səfər oyununda da qalib gəlir (2:1).