...

Teymur Rəcəbov: "Çox istərdim ki, şahmatçılarımızdan biri finala vəsiqə qazansın"

İdman Materials 17 Sentyabr 2015 13:02 (UTC +04:00)
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Teymur Rəcəbov: "Çox istərdim ki, şahmatçılarımızdan biri finala vəsiqə qazansın"

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Trend-in məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında tay-brekdə İsrail təmsilçisi İlya Smirin üzərində qazanılan qələbə haqda danışıb: "Smirinə qarşı keçirdiyim hər iki oyun çətin oldu. Məhz buna görə onda hər şey tay-brekdə həll olundu. Təbii ki, Şəhriyar Məmmədyarov və Qədir Hüseynovla birgə 1/16 finala yüksəldiyim üçün çox şadam. Qarşıdakı mərhələlərdə də uğur qazanmaq istəyirəm. Bununla kifayətlənmək fikrində deyiləm. Əsas məqsəd iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Çox istərdim ki, şahmatçılarımızdan biri final mərhələsinə vəsiqə qazansın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti