...

"Qarabağ" da qalib gəldi, "Neftçi"dən 8 qol (YENİLƏNİB)

İdman Materials 2 Dekabr 2015 19:55 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin 6 oyunu keçirilib.
"Qarabağ" da qalib gəldi, "Neftçi"dən 8 qol (YENİLƏNİB)

Digər oyunların nəticələri əlavə olunub (ilk xəbər saat 15:56-da yayılıb)

Bakı. Trend:

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin 6 oyunu keçirilib.

Trend-in məlumatına görə, "Turan Tovuz" doğma meydanda "İnter"i qəbul edib. Oyun qonaqların üstünlüyü ilə keçib - 1:3.

"Sumqayıt" "Neftçala"nın qonağı olub. Matçın son dəqiqələrində sumqayıtlılar hesabı müəyyənləşdiriblər - 0:1.

AZAL "Zirə" ilə qarşılaşıb. Oyun zirəlilərin xeyrinə başa çatıb - 1:2.

"Xəzər Lənkəran" isə doğma meydanda "Kəpəz"i sınağa çəkib. Maraqlı və gərgin keçən qarşılaşma cənub təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

"Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edib. Oyunda "flaqman" darmadağın şousu göstərib - 7:0 (Qollar: 5' - Kaue da Silva; 19' - Rəhman Hacıyev; 32', 62' - Elşən Abdullayev; 34' - Ruslan Qurbanov, 36' - Cavid İmamverdiyev; 52' - Ruslan Qurbanov; 84' - Məhəmməd Qurbanov)

"Qarabağ" - "Şəmkir" oyununda isə 72-ci dəqiqədə Cavid Tağıyev hesabı açıb. 11 dəqiqə sonra Samuel Armenteros son nötqəni qoyub - 2:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin "Rəvan" - "Bakı" və "Qəbələ" - "Mil-Muğan" oyunları sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti