...

Jurnalistlər “Qarabağ”ı Brüsseldə dəstəkləyəcək

İdman Materials 4 Dekabr 2015 11:37 (UTC +04:00)
Azərbaycanın bir qrup qeyri-idman yazarı olan jurnalisti Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Belçikada baş tutacaq “Anderlext” – “Qarabağ” oyununda iştirak etmək üçün bu ölkəyə yollanır. Trend xəbər verir ki, media mənsubları dekabrın 8-də Brüsselə səfər edəcək.
Jurnalistlər “Qarabağ”ı Brüsseldə dəstəkləyəcək

Bakı.-Trend:

Azərbaycanın bir qrup qeyri-idman yazarı olan jurnalisti Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Belçikada baş tutacaq "Anderlext" - "Qarabağ" oyununda iştirak etmək üçün bu ölkəyə yollanır. Trend xəbər verir ki, media mənsubları dekabrın 8-də Brüsselə səfər edəcək.

Oyundan əvvəl jurnalistlər klubun baş məşqçisi Qurban Qurbanovla və komandanın üzvləri ilə görüşəcək, onlara mənəvi dəstək olmağa çalışacaqlar. Eyni zamanda azərbaycanlı jurnalistlərin Belçikada avropalı həmkarları, səfirlik və diaspora nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. Həmin görüşlərdə Qarabağ haqqında məlumatlar görüş iştirakçılarına çatdırılacaq. Jurnalistlər Azərbaycan həqiqətlərini özündə əks etdirən əyani vəsaitlər də aparacaqlar. Belçikadan olan jurnalistlərlə Azərbaycan KİV təmsilçiləri arasında informasiya mübadiləsi ilə bağlı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.

Qeyd edək ki, "Qarabağ" klubunun Avroliqa çərçivəsində keçirdiyi səfər oyunlarında qeyri-idman sahəsində çalışan Azərbaycan jurnalistlərinin qrup halında iştirakı ənənəyə çevirilməkdədir. Ötən il ilk səfər Kiyevə təşkil olunmuşdu. Bu səfərlərin təşkilatçısı jurnalistlər özləri olsa da, layihəyə maddi dəstək "Azərsun Holding" tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti