...

Şahin Diniyev: "...ciddi imkanlarımız yoxdur"

İdman Materials 7 Dekabr 2015 19:52 (UTC +04:00)
Premyer Liqanın XV turunda keçirilən “Sumqayıt” - “Kəpəz” oyunundan (2:2) sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüblər.
Şahin Diniyev: "...ciddi imkanlarımız yoxdur"

Bakı. Trend:

Premyer Liqanın XV turunda keçirilən "Sumqayıt" - "Kəpəz" oyunundan (2:2) sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüblər.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov əsl peşmanlıq hissinin olduğunu deyib: "Penalti verildi və biz son dəqiqədə 3 xalı itirdik. Komandam istəkli, sürətli və inamlı idi, lakin son anda qələbəni əldən verdik. Futbolun pis tərəfi də məhz budur. Oyunun sonlarında verilən penalti epizodunda hakim haqlı idi, mən texniki zonadan gördüm ki, top futbolçumuzun əlinə dəydi. Artırılan 5 dəqiqəni də normal hesab edirəm".

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev isə maraqlı oyun alındığını bildirib: "Sumqayıt" komandasına belə bir oyun təklifinə görə təşəkkür edirəm. İlk hissədə bizim, ikinci hissədə "Sumqayıt"ın qol vurmaq üçün şansları oldu. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Düşünürəm ki, komandalar bu gün xal itirmədilər, xal qazandılar. Maraqlı, sürətli, ritmli bir futbol oldu. Dəyişiklik etmək baxımından ciddi imkanlarımız yoxdur. Amma Sitnikin oyuna daxil olması işimizə yaradı. Futbol təkcə gözəlliyə yox, əsasən nəticəyə hesablanmış oyundu. Bunlardan biri olanda digəri olmur. Birinci hissədə biz əks hücumlarda oynamağa çalışdıq. Bilirdim ki, "Sumqayıt" sürətli komandadır, onlara meydan versəydik, "tutulacaqdıq". İlk hissədə hər iki komanda gözləmə mövqeyini tutdu, ikinci hissə isə tamamilə fərqli oyun oldu. İkinci hissədə hər iki komanda qələbə üçün oynadı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti