...

Tanınmış şahmatçı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib

İdman Materials 26 Yanvar 2016 19:40 (UTC +04:00)
Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib.
Tanınmış şahmatçı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib

Bakı. Trend:

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib.

Trend-in məlumatına görə, mükafat ilk dəfə Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində təqdim ediləcək. Mükafatın qalibini jüri - ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktoru Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək. "Fair-play" qaydalarına riayət edən şahmatçı qalib adına layiq görüləcək.

Qalib seçilərkən mərhum V.Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.

Mükafat yanvarın 31-də Veyk-an-Zee superturnirinin bağlanış mərasimi zamanı təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti