...

"İnter" - "Qəbələ" oyununun hakimi məlum oldu

İdman Materials 4 Fevral 2016 17:37 (UTC +04:00)
Premyer Liqanın XX turunda keçiriləcək oyunlara hakim təyinatları məlum olub.
"İnter" - "Qəbələ" oyununun hakimi məlum oldu

Bakı. Trend:

Premyer Liqanın XX turunda keçiriləcək oyunlara hakim təyinatları məlum olub.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, turun maraqla gözlənilən oyunlarından biri - "İnter" - "Qəbələ" matçını Rəhim Həsənov idarə edəcək.

5 fevral (cümə)

"Neftçi" - "Rəvan"
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakcell Arena", 16:30

6 fevral (şənbə)

"Sumqayıt" - "Zirə"
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
"Kapital Bank Arena", 15:00

"Qarabağ" - "Xəzər Lənkəran"
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Kərim Ağayev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 17:30

7 fevral (bazar)

"Kəpəz" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu, 13:30

"İnter" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Nail Nağıyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena", 17:30

Qeyd edək ki, bütün oyunlar "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti