...

İsmayıllıda velosiped yarışı keçirilib (FOTO)

İdman Materials 3 Mart 2016 14:12 (UTC +04:00)
5 mart - "Bədən tərbiyəsi və idman günü" münasibətilə İsmayıllı Olimpiya İdman Kompleksində velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.
İsmayıllıda velosiped yarışı keçirilib (FOTO)

Bakı. Trend:

5 mart - "Bədən tərbiyəsi və idman günü" münasibətilə İsmayıllı Olimpiya İdman Kompleksində velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışdan öncə idarənin rəisi Taleh Salehov Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq yarış iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.

Komanda şəklində keçirilən yarışda 1-ci və 3-cü yerləri Olimpiya İdman Kompleksinin velosiped bölməsində məşğul olan idmançılar tutublar. 2-ci yerə isə Həvəskarlar komandası layiq görülüb. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Qeyd edək ki, regionlarda velosiped idman növünün inkişafı məqsədilə həyata keçirilən xüsusi proqram çərçivəsində AzVİF və İsmayıllı Olimpiya İdman Kompleksi arasında əldə olunmuş razılığa əsasən, adı çəkilən idman qurğusunda 1 ildən artıqdır ki, velosiped bölməsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti