...

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə veloyürüş keçirilib (FOTO)

İdman Materials 5 Mart 2016 14:35 (UTC +04:00)
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində veloyürüş təşkil edilib.
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə veloyürüş keçirilib (FOTO)

Bakı. Trend:

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində veloyürüş təşkil edilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, yürüşdə federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-dən artıq idmançısı ilə yanaşı, həvəskar velosipedçilər də iştirak edib.

Startdan öncə veloyürüş iştirakçılarını salamlayan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyərək, ölkəmizdə idmana dövlət səviyyəsində böyük qayğının olduğunu söylədi. O, veloyürüşün təşkilində göstərdiyi dəstəyə görə, Azərbaycan Velosiped İdmanı Federasiyasını xüsusi diplomla da təltif etdi.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla dövlət əhəmiyyətli günlərdə veloyürüşlər təşkil edir. Buna Dövlət Bayrağı Günü, Gənclər Günü, Ədliyyə işçilərinin peşə bayramı günü, Yeni İl və Dünya azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar keçirilən yürüşləri misal göstərmək olar. Bundan başqa, federasiya ötən il Bakı-2015 ilk Avropa Oyunlarına dəstək aksiyası çərçivəsində "Asan Xidmət" könüllülərinin iştirakı ilə velosiped yarışı da təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti