...

Şahmat Olimpiadasının bir hissəsi olmaq imkanı

İdman Materials 9 Mart 2016 12:51 (UTC +04:00)
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotunu seçmək üçün milli yaradıcılıq müsabiqəsi elan edir.
Şahmat Olimpiadasının bir hissəsi olmaq imkanı

Bakı. Trend:

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotunu seçmək üçün milli yaradıcılıq müsabiqəsi elan edir.

Əməliyyat Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iştirak üçün çəkdiyiniz maskotun rəsmini (eskiz) və özünüz haqqında məlumat, eyni zamanda əlaqə nömrənizi [email protected] ünvanına göndərmək xahiş olunur.

Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçılara yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə yalnız Azərbaycan vətəndaşları qatıla bilər.

Müraciətlər aprelin 9-na qədər qəbul ediləcək. Qalib iştirakçıya 1000 AZN pul mükafatı və Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə iki nəfərlik dəvətnamə hədiyyə olunacaq.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq.

Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək.

Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti