...

Batut gimnastikası üzrə Azərbaycan çempionatının son yarış gününün qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 14 May 2016 19:16 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin üçüncü yarış gününün qaliblərinin mükafatlandırma mərasimi olub
Batut gimnastikası üzrə Azərbaycan çempionatının son yarış gününün qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin üçüncü yarış gününün qaliblərinin mükafatlandırma mərasimi olub.

Trend-in məlumatına görə, son yarış günündə uşaqlar (2006-2007-ci il təvəllüdlü), qadın gimnastların 3 yaş kateqoriyasında (böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr - 2003-2006; kiçiklər - 2008-2010) medallar uğrunda mübarizə aparıblar.

Kiçik yaş kateqoriyasında batutçuların yarışında birinci yeri Hüseyn Abbasov tutub. Sonrakı yerləri müvafiq olaraq Maqsud Məmmədov və Nicat Mirzəyev tutublar.

Çempionatda qadın gimnastların kiçiklər yaş kateqoriyasında cəmi bir gimnast - Kamilla Rəsulova təmsil olunub. O, mütləq və sərbəst hərəkətlərin yekunu üzrə 6,430 bal toplayıb. Yeniyetmələr arasında Selcan Maqsudova 84.635 bal toplayıb.

Böyük yaşlı batutçular arasında qızıl medalı Svetlana Makştarova qazanıb, ikinci yeri isə Sabina Zaytseva tutub.

Ölkədə ikinci dəfə təşkil olunan batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti