...

Elman Rüstəmov: 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycanda şahmatın inkişafına böyük töhfə verəcək

İdman Materials 24 May 2016 16:38 (UTC +04:00)
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycanda şahmatın inkişafına böyük töhfə verəcək.
Elman Rüstəmov: 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycanda şahmatın inkişafına böyük töhfə verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycanda şahmatın inkişafına böyük töhfə verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması ilə bağlı keçirilən tədbirdə deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycanın gözəl şahmat ənənələri var: "Prezident İlham Əliyev idmanı dövlət siyasəti səviyyəsinə qaldırıb. Ölkədə idmanın inkişafına, o cümlədən şahmata böyük diqqət verilir".

E.Rüstəmov deyib ki, Azərbaycanın şahmat infrastrukturu genişlənib, bütün regionlarda şahmat infrastukturu yaradılıb.

Onun sözlərinə görə, Azərbaycan komandası olimpiadaya güclü hazırlaşıır: "Şahmatçıların uğurlu çıxış etməsi üçün bütün işlər görülür. Çox ümid edirik ki, olimpiadada müvəffəqiyyətlə çıxış edəcəyik. Biz əminik ki, 42-ci Şahmat Olimpiadası dünyanın ən tanınmış olimpiadalarından biri olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti