...

FIDE: Erməni şahmatçılar Bakıya gələcəklər (ƏLAVƏ OLUNUB)

İdman Materials 24 May 2016 17:59 (UTC +04:00)
Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək.
FIDE: Erməni şahmatçılar Bakıya gələcəklər (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov deyib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda Yerevana səfəri zamanı müzakirə edilib: "Səfərim zamanı Ermənistan prezidenti, eyni zamanda Ermənistan Şahmat Federasiyasının prezidenti Serj Sarkisyanla, elədə də şahmatçı Levon Aronyanla görüşdüm və onları olimpiadada iştiraka dəvət etdim. İndiyədək Ermənistan tərəfindən imtina cavabı gəlməyib, buna görə də erməni şahmatçılar Bakıdakı olimpiadada iştirak edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti