Bakı. Trend:
Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışına başlayıb.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk hazırlıq mərhələsində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Günay Məmmədzadə, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edirlər. Təlim-məşq toplanışı başa çatandan sonra birinci və ikinci komandanın heyəti müəyyənləşəcək.
Qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşırlar.