Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" ilk oyununu keçirib.
Trend-in məlumatına görə, Bakıda Lüksemburqun "Düdelanj" klubunu qəbul edən Ağdam təmsilçisi matça fəal başlayıb.
Riçard Almeyda əvvəlcə 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib, 18 dəqiqə sonra dubla imza atıb.
Lüksemburq təmsilçisinin isə gücü yalnız bu hesabı qorumağa çatıb - 2:0.
Qeyd edək ki, cavab görüşü iyulun 20-da keçiriləcək.