Zeynəb Məmmədyarova: "Bizim uğurumuz kişi şahmatçıların nəticəsindən asılıdır"

Zeynəb Məmmədyarova: "Bizim uğurumuz kişi şahmatçıların nəticəsindən asılıdır"

Bakı. Trend:

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Zeynəb Məmmədyarova Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarına cavab verib.

Trend müsahibəni təqdim edir.

- Qadın şahmatçılarımız olimpiada ərəfəsində iki təlim-məşq toplanışında iştirak edib. Ümumilikdə hazırlığı necə qiymətləndirirsiniz?

- Məşqlərimiz çox maraqlı keçib. Hazırlıqdan razıyam. Sadəcə 3 ay ərzində sıx qrafiklə çalışmaq çox çətindir. Hər ay hazırlıq üçün toplaşdığımız zaman yaxınlarımızdan uzaq düşürük. Bu mənada bir qədər çətinlik yaradır. Qəbələdəki məşqlər bütün şahmatçılarımıza yaxşı təsir edəcək. Debütlər üzərində işlədik, bir-birimizlə şahmat oynadıq. Asudə vaxtlarımızda Bakı Şahmat Olimpiadası haqqında müzakirələr apardıq. Bu yarışda ilk dəfə ölkəmiz həm qadınlar, həm də kişilər arasında 3 komandayla təmsil olunacaq. Ona görə hər birimiz məsuliyyət hiss edirik.

- Növbəti hazırlıq nə vaxtdan başlayır?

- Sabah olimpiadaya son hazırlıq mərhələsi başlayır. Əsas komandamız Gürcüstan yığmasıyla qarşılaşacaq. 5 gün ərzində biz gürcü xanımlara qarşı oynayacayıq. Nəticələr reytinqə hesablandığından çox maraqlı mübarizə olacaq. Olimpiada ərəfəsində zəif nöqtələrimiz üzə çıxacaq.

- Gürcüstan yığması reytinqə görə bizim komandamızdan üstündür. Bu mənada yoldaşlıq görüşündə güclü rəqibə qarşı oynamaq çətinlik yaratmayacaq?

- Həmişə güclü şahmatçılara qarşı oynamaq istəmişik. Bir-birimizlə şahmat çox oynayırıq. Güclü rəqiblə mübarizədə şahmatçı səhvlərini görür. Yoldaşlıq görüşündə güclüyə qarşı oynamaq lazımdır ki, olimpiadada istənilən rəqibə hazır olaq.

- Qadın şahmatçılarımız olimpiadada hansı hədəf uğrunda yarışacaq?

- Məqsəd ilk onluqda qərarlaşmaqdır. Xantı-Mansiyskdə keçirilən olimpiadada biz 3-8-ci yerləri bölüşdürmüşdük. Bakıda onluğa düşməsək nəticəni uğurlu hesab etməyəcəm. 70% komandamıza inanıram. Bir çox amillər yarış vaxtı özünü göstərəcək. Əsas komandamızın psixoloji cəhətdən olimpiadaya hazır olmasıdır. Üçüncü yığmada iştirak edən xanım şahmatçılar üçün yarış böyük təcrübə olacaq. Bütün komandalarımızda çox istedadlı şahmatçılar var. Ümid edirik ki, gələcəkdə yığmada rəqabət güclənəcək.

- Kişilərdən ibarət yığmaya böyük ümidlər bəslənilir. Həmkarlarından hansı nəticəni gözləmək olar?

- Proqnoz vermək yaxşı adət deyil. Biz hamımız onlara dəstək oluruq. Bütün yarışlarda şahmatçılarımız ölkəmizi layiqincə təmsil etmək üçün çalışır. Onların uğur qazanmaq şansları çoxdur. Biz onlara inanırıq. Oğlanlar da yaxşı hazırlıq keçib. Qadın yığmamızın uğurlu çıxışı kişi komandasının nəticəsindən asılıdır. İnanın, bu belədir. Oğlanlar yaxşı oynayanda bizə sanki əlavə güc gəlir. Şəhriyar və komanda yoldaşları qələbə qazanan turdan sonra biz də yaxşı nəticə göstərməyə çalışırıq. Sanki yaxşı mənada rəqabət yaranır.

- Sizin fikrinizcə, Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ölkədə idmanın bu növünə necə təsir edəcək?

- Bu yarışın Bakıda keçirilməsi tarixi hadisədir. İndiyə qədər Bakıda heç bir yarışda bu sayda ölkə təmsil olunmayıb. 180-dən çox ölkənin paytaxtımıza gəlişi Azərbaycanı növbəti dəfə dünya şahmatının mərkəzinə çevirəcək. Həmişə müxtəlif yarışlarda iştirak etdiyimiz vaxt bizdən Azərbaycan haqda soruşurdular. İndi qonaqlar özləri gəlib Bakını görəcək və yüksək təşkilatçılığın şahidi olacaqlar. Məmmədyarovlar üçün olimpiada xüsusilə əlamətdar olacaq. İlk dəfə mən, qardaşım Şəhriyar və bacım Türkan müxtəlif komandalarda birinci lövhədə çıxış edəcəyik.

- Qardaşın Şəhriyar hazırlaşmaqda sizə kömək edir?

- Evdə şahmatdan çox danışırıq. Vaxt olanda sürətli şahmat oynayırıq. Çətinlik olan zaman Şəhriyar bizə dəstək olur. Məsləhət istədiyimiz vaxt həmişə kömək edib. Debütlə bağlı sual verdikdə müxtəlif variantlar təklif edir. Amma evdə oynayanda da Şəhriyarı uda bilmirik. Zarafat edirik, lakin sonda yenə qardaşım qələbə qazanır (gülür).

- Bakı Şahmat Olimpiadası sizin üçün digərlərindən necə fərqlənəcək?

- Məsuliyyət çoxdur. Xarici ölkədə olduğumuz zaman azarkeşlər bizim haqda yalnız mətbuatda oxuyur. Amma indi şahmat həvəskarları Bakı Kristal Zalına gəlməklə bizə dəstək olacaqlar. Müəyyən mənada çətin olacaq. Təzyiq deməzdim, sadəcə yaxınlarımızın yanımızda olduğunu unutmayacağıq. Dəstək çox vacibdir. Yaxşı nəticə qazanmaqla hamını sevindirməyə çalışacağıq.

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
Kəlbəcər rayonunun Alolar kəndi (FOTO/VİDEO)
Vətən Müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfər yaralanıb
DİN-də 2020-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib (FOTO)
Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub (FOTO)
Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” fonduna köçürüblər
“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir
Ötən il vergidən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub - Mikayıl Cabbarov
Sənaye parklarında 50 rezident qeydiyyata alınıb - Nazir
Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati (FOTO)
20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaq - Alim
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
Azərbaycan bu məhsula xarici tələbatı tamamilə aradan qaldırır
Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış edib
Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu
Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
Bakıda peyvəndlənmə prosesi belə aparılır (FOTO/VİDEO)
Cəlilabadda daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək
Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür (FOTO)
Səbaildə Şəhidlərin xatirə lövhəsinin açılışı olub (FOTO)
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur - Nazir
Prezident İlham Əliyev: Kimsə özünü toxunulmaz hesab etməsin
“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə çalışacaq
Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev
Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
Prezident İlham Əliyev: Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
Rusiyada qar uçqunu olub, 12 nəfər...
Azərbaycan Prezidenti: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (VİDEO)
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib (FOTO/VİDEO)
Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov
Vaksin vurulandan sonra özümü tam rahat hiss edirəm - Həkim
Azərbaycanın yaratdığı yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur - Deputat
Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi - Deputat
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü (FOTO)
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb
Xaricdə yaşayan qarabağlılar Şuşa ilə bağlı təəssüratlarını bölüşüblər (FOTO)
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək - Vüqar Rəhimzadə
Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı azalıb
Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)
Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı
Ağdaş və Şəki sakinlərindən narkotik vasitə götürülüb
İrandan yayımlanan televiziya və radio dalğaları yüksək sahə gərginlikləri yaradır - Şura
Vaksinasiyanın başlanması koronavirusun başa çatması anlamına gəlmir – Deputat
Bu sahə üzrə ekspert olmaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat elan edilir
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib
Ağdaşda karantin qaydalarını pozan kafe və çayxana aşkar edilib
Büdcədən maliyyələşən yayımçıların efirlərində çatışmazlıqlar var - MTRŞ
Ombudsman Səbinə Əliyeva növbəti dəfə qazilərlə görüş keçirib
Qarabağda yayım həyata keçirmək üçün CBC TV kanalına müddətsiz regional televiziya yayımı lisenziyası verilib
İranda daha 83 nəfər koronavirusdan ölüb
10 noyabr üçtərəfli bəyanatının heç bir gizli bəndi mövcud deyil - Rusiya XİN
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov
Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib (FOTO)
Azər Türk Bankın ekosistemində daha bir yenilik
Baş Prokurorluq işçi axtarır
Metronun “8 Noyabr” stansiyası və daha bir neçə stansiyaya rəis təyin olunub
Ermənistan tərəfindən əsirlərlə bağlı siyahı dərhal və tam şəkildə təqdim olunmadı - Lavrov
İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır
Ermənistanın səhiyyə naziri istefa verib
Koronavirusa yoluxmuş tibb işçilərinə peyvənd vurulmayacaq - Baş həkim
Rusiya FHN Ağdam rayonuna əlavə minatəmizləyici mütəxəssislər göndərib
İranın 30 şirkəti Qarabağın bərpasında iştirak etməyə hazırdır
Havanın kəskin dəyişməsi ilə bağlı “Azərişıq" gücləndirilmiş rejimə keçib
Sabahın hava proqnozu açıqlanıb
Özümü yaxşı hiss edirəm - Peyvənd olunan baş həkim
Berqa ilə yeni, tam fərqli bir dad dünyasına səyahətə hazırsınız?
Azərbaycan dövlət büdcəsinə vergi daxilolmalarının həcmi açıqlanıb
Buğda əkinlərinin güzəştli sığortası başlayıb – Şərtlər, məbləğlər, misallar
Azərbaycanda çovğun bu səbəbdən olacaq - Umayra Tağıyeva açıqladı
Südün tərkibi və bioloji xüsusiyyətləri
ABŞ Somalidən qoşunlarını çıxarıb
Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur - Akif Qurbanov
2020-ci ildə 2 milyon tona yaxın yük daşınıb - DANX
Füzuli rayonunun Merdinli kəndi (FOTO/VİDEO)
Bütün xəbərlər