...

Könüllülər arasında şahmat turniri keçirilib

İdman Materials 15 Avqust 2016 14:05 (UTC +04:00)
Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub.
Könüllülər arasında şahmat turniri keçirilib

Bakı. Trend:

Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İsveçrə sistemiylə keçirilən yarış 5 turdan ibarət olub.

Turnirin qalibi adını 5 oyundan 4.5 xal toplayan Murad Həşimov qazanıb.

5 oyundan 4 xal toplayan 4 könüllü arasında 2-3-cü yerin sahibini müəyyən etmək üçün tay-brek oynanılıb. Yekun nəticələrə əsasən, Pünhan Talıbxanlı və Kənan Namazlı 2-3-cü yerləri tutublar. Qızlar arasında ən yaxşı nəticəni 5 oyundan hərəyə 3,5 xal toplayan Aysel Məmmədzadə və Aytac Zülfüqarlı əldə edib.

Yarışın mükafatçılarına kubok, medal və müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turnirinin keçirilməsində əsas məqsəd şahmat biliklərinin artırılması, qaydaların mənimsənilməsi, könüllülərin komanda quruculuğunun daha da möhkəmləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti