...

42-ci Ümumdünya Şahmat Olimpiadasının açılışına hazırlıq yekunlaşır (VİDEO)

İdman Materials 19 Avqust 2016 12:42 (UTC +04:00)
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir.
42-ci Ümumdünya Şahmat Olimpiadasının açılışına hazırlıq yekunlaşır (VİDEO)

Bakı. Trend:

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. Artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, əməkdar artisti Rəşad Haşımov dəvət olunub.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19:00-da başlayacaq. 
 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti