...

Mahir Məmmədov: Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir"

İdman Materials 22 Avqust 2016 11:56 (UTC +04:00)
Avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq.
Mahir Məmmədov: Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir"

Bakı. Trend:

Avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq.

Bakı Şahmat Olimpiadasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib.

Əməliyyat Komitəsinin rəhbəri deyib ki, paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır: "Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir".

O qeyd edib ki, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlərin keçirilməsini də nəzərdə tutub: "Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turist avtobuslarından ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər". 

M.Məmmədovun sözlərinə görə, Olimpiadada iştirak edəcək komandalar avqustun 25-dən Bakıya gəlməyə başlayacaqlar: "Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaq. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır. Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək”.

 


 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti