...

Çingiz Hüseynzadə: Rioda zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik

İdman Materials 6 Sentyabr 2016 15:28 (UTC +04:00)
“Biz Rio-de-Janeyroda olduğumuz müddətdə zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik”.
Çingiz Hüseynzadə: Rioda zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik

Bakı. Elçin Mehdiyev - Trend:

“Biz Rio-de-Janeyroda olduğumuz müddətdə zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik”. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Ç.Hüseynzadə bildirib ki, zika virusu bir mif idi: “Bu məsələni beynəlxalq aləmdə elə şişirtmişdilər ki, hamı Rio-de-Janeyroya getməkdən qorxurdu. Mən orada bir dənə də ağcaqanad görmədim, zika virusu təhlükəsi sıfıra endirilmişdi, bütün obyektlər xüsusi maddələr ilə vaxtlı-vaxtında təmizlənirdi. Mən orada zika virusu ilə xəstələnən heç bir idmançı gömədim, biz orada zika virusu haqqında unutmuşduq”.

Qeyd edək ki, Rio-2016 Olimpiya Oyunları ərəfəsində Braziliyada zika virusu barədə təhlükəli vəziyyətin olduğu deyilirdi. Buna görə, Azərbaycan idmançılarına da zika virusundan qorunmaq üçün tövsiyyələr verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti