...

"Qarabağ"ın yeni transferi: "Etimadı doğrultmağa çalışacağam"

İdman Materials 5 Oktyabr 2016 20:21 (UTC +04:00)
"Qarabağ" bu gün növbəti transferini reallaşdırıb.
"Qarabağ"ın yeni transferi: "Etimadı doğrultmağa çalışacağam"

Bakı. Trend:

"Qarabağ" bu gün növbəti transferini reallaşdırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, Ağdam təmsilçisi milli komandamıza da dəvət alan, azad agent statusu daşıyan qolkiper Emil Balayevlə bir illik müqavilə imzalayıb.

Son klubu Almaniyanın "Ayntraxt" olan (2014-2016) E.Balayev bu komandadan ayrıldıqdan sonra “Qarabağ”ın düşərgəsində məşq edirdi.

Gənc qolkiper keçidi haqqında açıqlama verib: "İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacağam ki, bu etimadı doğruldum. "Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komanda ilə məşq etmək mənə çox şey öyrətdi. Çalışacağam ki, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti