Bakı. Trend:
2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı yığmalar müəyyənləşib.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində bu gün keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Macarıstan, Bosniya və Herseqovina yığmaları və ilkin seçmə mərhələnin D qrupunun qalibi olacaq komanda ilə birgə 2-ci qrupda yer alıb.
İlkin seçmə mərhələnin D qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaq.
Qeyd edək ki, millimizin yer aldığı 2-ci qrupun oyunları 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.