...

FİFA-dan Türkiyə klubuna transfer qadağası

İdman Materials 1 Noyabr 2016 22:20 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Futbol Assosasiyası FİFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub.

Trend Sputnik-a istinadən xəbər verir ki, "Dənizlispor" qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu ala bilməyəcək.

Buna səbəb "Dənizlispor"un öz keçmiş futbolçusu Daniel Dimov-a olan borcu ödəməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, Dənizlispor öhdəliyi yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti