Bakı. Trend:
Bu gün Türkiyə Superliqasının 11-ci turu çərçivəsində derbi oyunu keçirilib.
Trend-in məlumatına görə, turun ən maraqla gözlənilən oyunu İstanbulda baş tutub. Əzəli rəqiblər - "Fənərbağça" və "Qalatasaray" üz-üzə gəliblər.
"Şükrü Saracoğlu" stadionunda keçirilən matçda Robin van Persinin dublu "Fənərbağça"ya qələbə qazandırıb - 2:0.