...

Mançesterdə 8, Leverkuzendə 6 qol vuruldu

İdman Materials 22 Fevral 2017 01:45 (UTC +04:00)
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib
Mançesterdə 8, Leverkuzendə 6 qol vuruldu

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Trend xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Monako" ilə qarşılaşıb. Hesabı ev sahibləri açıb. Oyunun 26-cı dəqiqəsində Sterling fərqlənib - 1:0. Daha sonra oyunun 32-ci dəqiqəsində "Monako"-nun oyunçusu Radamel Falkao hesabı bərabərləşdirib - 1:1. Az sonra oyunun 40-cı dəqiqəsində Mbappe hesabı 1:2 qonaqların xeyrinə edib. İlk hissə 1:2 hesabı ilə başa çatıb.

İkinci hissəyə qonaqlar fəal başlasa da, 58-ci dəqiqədə Aquero hesabı bərabərləşdirib - 2:2. Lakin üç dəqiqə sonra "Monako" Falkaonun qolu ilə yenə önə keçib - 2:3. Oyunun 71-ci dəqiqəsində ev sahiblərinin oyunçusu Serxio Aquero komandasının 3-cü qolunu vuraraq hesabı bərabərləşdirib - 3:3. 77-ci dəqiqədə "Mançester Siti"-nin müdafiəçisi Con Stounz oyunda ilk dəfə komandasını irəli çıxarıb - 4:3. 82-ci dəqiqədə Sane vurduğu qolla oyunun yekun hesabını müəyyənləşdirib - 5:3.

Beləliklə oyun 5:3 hesabı ilə başa çatıb.

Digər matç isə Almaniyada baş tutub. Yerli "Bayer Leverkuzen" İspaniyanın "Atletiko Madrid" klubunu qəbul edib.

Oyun qonaqların üstünlüyü ilə başlayıb. Belə ki, oyunun 17-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Saul fərdi ustalığı nəticəsində baxımlı qol vurub - 0:1. Çox keçməmiş Atletiko 25-ci dəqiqədə Qrizmanın qolu ilə üstünlüyünü iki topa çatdırıb - 0:2. İlk hissə 0:2 hesabı ilə başa çatıb.

İkinci hissəyə ev sahibləri fəal başlayaraq, artıq 48-ci dəqiqədə Belarabinin qolu ilə hesab arasındakı fərqi minimuma endiriblər - 1:2. Oyunun 58-ci dəqiqəsində qonaqlardan Qameyro fərqlənərək komandasının 3-cü qolunu vurub - 1:3. 67-ci dəqiqədə Saviçin avtoqolu ev sahiblərini ümidləndirsə də - 2:3, Torresin 86-cı dəqiqədə vurduğu qol oyunda sonuncu olub - 2:4.

Beləliklə oyun 2:4 hesabı ilə başa çatıb.

Qeyd edək ki, fevralın 22-də UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək: "Portu" öz meydanında "Yuventusu" qəbul edəcək, "Lester" isə Sevilyada eyni adlı klubun qonağı olacaq. Oyunlar Bakı vaxtı ilə 23:45-də başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti