...

Niderland ardıcıl uduzdu - Baş məşqçi postundan getdi

İdman Materials 27 Mart 2017 10:54 (UTC +04:00)
Niderland futbol yığmasının baş məşqçisi Danni Blind postunu tərk edib.
Niderland ardıcıl uduzdu - Baş məşqçi postundan getdi

Bakı. Trend:

Niderland futbol yığmasının baş məşqçisi Danni Blind postunu tərk edib.

Bu barədə Trend Niderland Kral Futbol İttifaqına istinadən məlumat verir.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Niderland səfərdə Bolqarıstana 0:2 hesabı ilə məğlub olub. D.Blindin rəhbərliyi altında komanda qrupda son 5 oyunun ikisində qalib gəlib, ikisində məğlub olub, birində isə heç-heçə edib. 5 turdan sonra Niderland A qrupunda 7 xalla 4-cü yeri tutur.

Baş məşqçinin vəzifəsini hələlik Fred Qrim icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti