...

Millimiz Avropa çempionatına vəsiqə qazandı

İdman Materials 11 Aprel 2017 22:54 (UTC +04:00)
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunmuş B qrupunda oyunlara yekun vurulub
Millimiz Avropa çempionatına vəsiqə qazandı

Bakı. Trend:

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunmuş B qrupunda oyunlara yekun vurulub.

Trend-in məlumatına görə, qrupun son oyununda bu gün Bakı İdman Sarayında Macarıstan və Azərbaycan milli komandaları qarşılaşıb. Qarşılaşma 6:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Xatırladaq ki, millimiz ilk oyunda Bosniya və Herseqovina yığmasını 5:4, ikinci qarşılaşmada isə Albaniya komandasını 5:0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, 3 oyundan 9 xal toplayan Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Avropa çempionatı 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti