...

Norveç - Azərbaycan oyununun stadionu müəyyənləşib

İdman Materials 4 May 2017 18:23 (UTC +04:00)
Norveç millisi ilə oyunun stadionu müəyyənləşib.
Norveç - Azərbaycan oyununun stadionu müəyyənləşib

Bakı. Trend:

Norveç millisi ilə oyunun stadionu müəyyənləşib.

Trend AFFA-ya istinadən məlumat verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

Norveç – Azərbaycan qarşılaşması sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti