...

Qadın cüdoçularımız komanda yarışına qələbə ilə başladı

İdman Materials 15 May 2017 11:01 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışlarına qoşulub.

Trend-in məlumatına görə, ilk görüşdə qadın cüdoçularımız Özbəkistan komandası ilə qarşılaşıb.

Gərgin keçən mübarizədə komandamız 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti