...

Daha bir taekvandoçumuz İslamiadada qələbə ilə başladı

İdman Materials 16 May 2017 10:42 (UTC +04:00)
Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvando yarışlarına daha bir idmançımız qələbə ilə başladı.
Daha bir taekvandoçumuz İslamiadada qələbə ilə başladı

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvando yarışlarına daha bir idmançımız qələbə ilə başladı.

Trend-in məlumatına görə, kişilər arasında yarışa səkkizdəbir finalda başlayan milli komandamızın üzvü Qaşım Maqomedov (54 kq) Pakistan təmsilçisi Umar İqballa qarşılaşıb.

Görüş 26:6 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti